Azərbaycanda 5 ölkənin ticarət çadırları və nümayəndəlikləri açılacaq

Azərbaycanda 5 ölkənin ticarət çadırları və nümayəndəlikləri açılacaq Aprelin 25-də Azərbaycanda beş ölkənin ticarət çadırları və təmsilçilik ofislərinin açılması planlaşdırılır.
Biznes
15 aprel 2025 14:12
Azərbaycanda 5 ölkənin ticarət çadırları və nümayəndəlikləri açılacaq

Aprelin 25-də Azərbaycanda beş ölkənin ticarət çadırları və təmsilçilik ofislərinin açılması planlaşdırılır.

Bu barədə “Report”a "Okuklu" holdinqinin təsisçisi Yılmaz Okuklu məlumat verib.

Onun sözlərinə görə, Türk Ticarət Mərkəzinin ərazisində Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Türkiyənin ticarət meydançaları fəaliyyətə başlayacaq.

Qeyd olunub ki, bu ticarət evləri Azərbaycan bazarında məhsulların təşviqi üçün platforma rolunu oynayacaq və qeyd olunan ölkələrin biznes icmaları arasında işgüzar əlaqələrin möhkəmlənməsinə töhfə verəcək.

"Layihənin əsas məqsədi ixracın inkişafına, o cümlədən regionda tələbatın olduğu üzvi kənd təsərrüfatı məhsulları, tekstil, sənətkarlıq məmulatları və digər yüksək keyfiyyətli malların ixracına dəstək verməkdir", - Y.Okuklu vurğulayıb.

Orphus sistemi