Azərbaycana Slovakiyadan araq tədarükünə başlanılıb
- 14 fevral, 2023
- 08:23
Yeniliklərdən dərhal xəbərdar olun!
2022-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycana 7 milyon ABŞ dolları dəyərində 69,1 min dekalitr araq idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 26 %, kəmiyyət olaraq – 15,2 % çoxdur.
Azərbaycan Rusiyadan 3,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 25,5 % çoxdur) 27,95 min dekalitr (+31,5 %), Belarusdan 1,13 min ABŞ dolları dəyərində (+12 %) 17,48 min dekalitr (+9,1 %), Ukraynadan 1,1 milyon ABŞ dolları dəyərində (+35 %) 11,11 min dekalitr (-2 %), Fransadan 479,1 min ABŞ dolları dəyərində (+2,8 dəfə) 1,12 min dekalitr (+2,4 dəfə), İsveçdən 244,1 min ABŞ dolları dəyərində (+17 %) 1,47 min dekalitr (+33,6 %) məhsul alıb.
Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Slovakiyadan tədarük həyata keçirilib. Həmin ölkədən 40,1 min ABŞ dolları dəyərində 0,22 min dekalitr araq gətirilib.