Azərbaycana iki ölkədən şveller tədarükü bərpa edilib
- 16 fevral, 2023
- 10:59
Yeniliklərdən dərhal xəbərdar olun!
2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycana 4,7 milyon ABŞ dolları dəyərində 5 min 189 ton şveller idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 1,6 %, kəmiyyət olaraq – 0,4 % azdır.
Hesabat dövründə İrandan 2 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,5 dəfə çoxdur) 2 min 762 ton (+2,5 dəfə), Rusiyadan 1,55 milyon ABŞ dolları dəyərində (-21 %) 1 min 527 ton (-31 %), Türkiyədən 836 min ABŞ dolları dəyərində (-10 %) 661 ton (-4,5 %), Ukraynadan 171 min ABŞ dolları dəyərində (-81 %) 174 ton (-84 %), Koreyadan 45 min ABŞ dolları dəyərində 23 ton məmulat gətirilib.
Altı il 7 ayın tamamında Rumıniyadan, 2 il 2 aydan sonra Koreyadan tədarük bərpa edilib. Azərbaycan Rumıniyadan 27 min ABŞ dolları dəyərində 24 ton şveller alıb.