Azərbaycan Yunanıstandan düyü tədarükünü bərpa edib
- 16 dekabr, 2024
- 11:11
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 58,1 milyon ABŞ dolları dəyərində 55 min 962 ton düyü idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 35 %, kəmiyyət olaraq – 17 % çoxdur.
Hesabat dövründə Azərbaycan Hindistandan 45,4 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 22 % çoxdur) 40 min 245 ton (-1 %), Pakistandan 4,3 milyon ABŞ dolları dəyərində (+3 dəfə) 4 min 879 ton (+3 dəfə), Vyetnamdan 2,7 milyon ABŞ dolları dəyərində (+4 dəfə) 3 min 418 ton (+4,2 dəfə), Çindən 2 milyon ABŞ dolları dəyərində (-20 %) 2 min 474 ton (-18 %), Qazaxıstandan 1,5 milyon ABŞ dolları dəyərində (+4 dəfə) 1 min 780 ton (+4 dəfə) düyü alıb.
Azərbaycan 2 il 8 aylıq fasilənin ardından Yunanıstandan (6,7 min ABŞ dolları dəyərində 11,6 ton) tədarükü bərpa edib.
2023-cü ildə Azərbaycana 25 ölkədən idxal edilmiş 54 min 591 ton düyünün 82,5 %-i Hindistanın payına düşüb.