Azərbaycan Yunanıstana metanol tədarükünü bərpa edib
- 06 fevral, 2025
- 11:31
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 94,9 milyon ABŞ dolları dəyərində 441 min ton metanol (metil spirti) ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 17 % çoxdur, kəmiyyət olaraq – 2 % azdır.
Hesabat dövründə Azərbaycan Niderlanda 22,5 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 42 % çoxdur) 103 712 ton (+56 %), Türkiyəyə 20,5 milyon ABŞ dolları dəyərində (-17 %) 98 025 ton (-11 %), İtaliyaya 15,7 milyon ABŞ dolları dəyərində (-24 %) 71 545 ton (-14 %), Rumıniyaya 12,34 milyon ABŞ dolları dəyərində (+93 %) 55 225 ton (+2,3 dəfə), İsrailə 9,5 milyon ABŞ dolları dəyərində (+2,2 dəfə) 45 114 ton (+2,8 dəfə) məhsul satıb.
Azərbaycan 5 il 5 aylıq fasilənin ardından Yunanıstana tədarükü (904 min ABŞ dolları dəyərində 4 min ton) bərpa edib.
2023-cü ildə Azərbaycandan 10 ölkəyə ixrac edilmiş 501 min 571 ton metanolun 22 %-i Türkiyənin, 17,1 %-i Rumıniyanın, 15,5 %-i İtaliyanın payına düşüb.