Azərbaycan xaricdən palma yağı alışını 50 dəfədən çox artırıb

Biznes
  • 29 aprel, 2022
  • 07:09
Azərbaycan xaricdən palma yağı alışını 50 dəfədən çox artırıb

2022-ci ilin yanvar-fevral aylarında Azərbaycana xaricdən 25,19 milyon ABŞ dolları dəyərində 16 min 226 ton palma yağı gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 50,1 dəfə, kəmiyyət olaraq – 54,4 dəfə çoxdur.

Hesabat dövründə İndoneziyadan 21,76 milyon ABŞ dolları dəyərində 14 min 413 ton, Malayziyadan 3,43 milyon ABŞ dolları dəyərində 1 min 813 ton məhsul alınıb.

Bir il əvvəlki göstəricilərlə müqayisədə Malayziyadan tədarük müvafiq olaraq 7 dəfə və 6,1 dəfə artıb. Ötən ilin ilk iki ayı ərzində İndoneziyadan palma yağı idxal edilməyib.

Qeyd edək ki, 2021-ci ildə Azərbaycanın idxal etdiyi 50,56 min ton palma yağının 60,72 %-i İndoneziyanın, 38,7 %-i Malayziyanın payına düşüb.

44 filmi