Azərbaycan və Türkiyənin iş adamlarının görüşü keçirilib

Azərbaycan və Türkiyənin iş adamlarının görüşü keçirilib İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Türkiyənin Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) birgə təşkilatçılığı ilə videokonfrans formatında iş adamları arasında görüş keçirilib.
Biznes
17 İyul , 2020 11:21
Azərbaycan və Türkiyənin iş adamlarının görüşü keçirilib

İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Türkiyənin Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) birgə təşkilatçılığı ilə videokonfrans formatında iş adamları arasında görüş keçirilib.

Bu barədə “Report”a AZPROMO-dan bildirilib.

Məlumata görə, Azərbaycanın Türkiyədəki və Türkiyənin Azərbaycandakı səfirlərinin,  dövlət qurumları nümayəndələrinin və sahibkarların iştirak etdiyi tədbirdə ölkələrimizin biznes dairələri  arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi perspektivləri, pandemiya dövründə sahibkarlığın dəstəklənməsi istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparılıb.

DEİK prezidenti Nail Olpak Türkiyə-Azərbaycan iqtisadi əməkdaşlığı barədə danışıb, təmsil etdiyi qurumun pandemiya şəraitində fəaliyyətindən bəhs edib, bu cür tədbirlərin təşkilinin dostluğa söykənən mövcud iqtisadi əlaqələrin daha da möhkəmlənsində rolunu vurğulayıb.

AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev ölkəmizdə  həyata keçirilən iqtisadi islahatlar, iqtisadiyyatın liberallaşdırılması tədbirləri, əlverişli biznes və investisiya mühiti barədə məlumat verib, xarici tərəfdaşlarla qarşılıqlı əlaqələrin genişləndirilməsi istiqamətində AZPROMO tərəfindən görülən işləri, ölkəmizdə pandemiyanın sahibkarlığa mənfi təsirlərinin minimuma endirilməsi üçün həyat keçirilən sistemli tədbirləri diqqətə çatdırıb.

Tədbir çərçivəsində iş adamları arasında qida sənayesi və kənd təsərrüfatı, sənaye, nəqliyyat-logistika sektorları üzrə panel sessiyaları təşkil edilib, iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətləri müzakirə edilib, suallar cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi