Azərbaycan və Rusiyanın Leninqrad vilayəti arasında əməkdaşlıq sazişi imzalanıb

Azərbaycan və Rusiyanın Leninqrad vilayəti arasında əməkdaşlıq sazişi imzalanıb Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən XXIII Beynəlxalq İqtisadi Forum çərçivəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri, İqtisadiyyat naziri Şahin Mustafayev bir çox rəsmi görüşlər keçirib.
Biznes
7 İyun , 2019 14:02
Azərbaycan və Rusiyanın Leninqrad vilayəti arasında əməkdaşlıq sazişi imzalanıb

Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən XXIII Beynəlxalq İqtisadi Forum çərçivəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri, İqtisadiyyat naziri Şahin Mustafayev bir çox rəsmi görüşlər keçirib. 

"Report"un Rusiya bürosu xəbər verir ki, görüşlərdən biri Rusiyanın Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko ilə olub. 

Görüşdə Azərbaycanla Rusiyanın regionları arasında əlaqələrinin uğurlu inkişafı qeyd olunub, daha sonra tərəflər ticari-iqtisadi, elmi-texniki və mədəniyyət sahələrində əməkdaşlığa dair saziş imzalayıb. 

Ş.Mustafayev və A.Drozdenko sənədin hər iki tərəf üçün uğurlu olacağını qeyd ediblər.

İqbal Rüstəmov

Son xəbərlər

Orphus sistemi