Azərbaycan və IFC COP29 üzrə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

Azərbaycan və IFC COP29 üzrə əməkdaşlığın genişləndirilməsini müzakirə edib Azərbaycan və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında COP29 üzrə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib.
Biznes
2 Fevral , 2024 16:42
Azərbaycan və IFC COP29 üzrə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

Azərbaycan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə “yaşıl” enerji zonalarının yaradılmasını müzakirə edib.

İqtisadiyyat Nazirliyindən “Report”a verilən məlumata görə, bu barədə müzakirələr iqtisadiyyat naziri Mikayıl Cabbarovun İFC-nin iqlim biznesi üzrə qlobal direktoru Cemi Fergüssonla görüşündə aparılıb.

Görüşdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29), “yaşıl” keçidin və enerji təhlükəsizliyinin, dövlət-özəl tərəfdaşlığı layihələrinin dəstəklənməsi məsələləri nəzərdən keçirilib.

IFC ilə müxtəlif istiqamətlər üzrə əlaqələrin önəmini vurğulayan iqtisadiyyat naziri qurum tərəfindən ölkəmizdə kiçik və orta biznesin inkişafı, dövlət-özəl sektor tərəfdaşlığı və digər sahələr üzrə əməkdaşlığın əhəmiyyətini qeyd edib. Bildirilib ki, Korporasiya ilə enerji səmərəliliyinin artırılması, “yaşıl” enerji zonalarının yaradılması, tullantıların emalı kimi istiqamətlərdə layihələrin icrası Azərbaycanın strateji inkişaf hədəfləri ilə yanaşı, regional inkişafa töhfə verə bilər.

C. Fergüsson IFC adından Azərbaycanı COP29-a ev sahibliyi münasibətlə təbrik edib, təmsil etdiyi qurumun daim dəstək verməyə hazır olduğunu vurğulayıb, ölkəmizdə milli inkişaf hədəflərinə nail olmaq məqsədilə həyata keçirilən sosial-iqtisadi islahatları müsbət dəyərləndirib.

Tərəflər bu il Azərbaycanda keçiriləcək COP-29, “yaşıl” keçid, enerji təhlükəsizliyi, dövlət-özəl tərəfdaşlığı üzrə əməkdaşlığın inkişafı məsələlərini nəzərdən keçiriblər.

14:10

Azərbaycan və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında COP29 üzrə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Onun sözlərinə görə, müzakirələr Korporasiyanın iqlim biznesi üzrə qlobal direktoru, COP üzrə tapşırıqlar qrupunun rəhbəri Cemi Fergüsson ilə görüşdə baş tutub.

Tərəflər "yaşıl enerji"yə keçid və enerji təhlükəsizliyinin dəstəklənməsi, IFC ilə COP29 üzrə əməkdaşlıq istiqamətlərinin genişləndirilməsi, dövlət-özəl tərəfdaşlığının təşviqi məsələlərini müzakirə edib.

Son xəbərlər

Orphus sistemi