Azərbaycan və ABŞ-ın Harvard Kennedi Məktəbi ekoparkların yaradılmasını müzakirə edib

Azərbaycan və ABŞ-ın Harvard Kennedi Məktəbi ekoparkların yaradılmasını müzakirə edib Azərbaycan hökuməti və ABŞ-ın Harvard Universitetinin Harvard Kennedi Məktəbi arasında ekoparkların yaradılması imkanları müzakirə edilib.
Biznes
27 İyul , 2024 10:30
Azərbaycan və ABŞ-ın Harvard Kennedi Məktəbi ekoparkların yaradılmasını müzakirə edib

Azərbaycan hökuməti və ABŞ-ın Harvard Universitetinin Harvard Kennedi Məktəbi arasında ekoparkların yaradılması imkanları müzakirə edilib.

“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

"İqtisadiyyat Nazirliyinin Harvard Universiteti ilə tədqiqat layihəsi üzrə əməkdaşlığı çərçivəsində Harvard Kennedi Məktəbinin ("Harvard Kennedy School") ekspertlərini ölkəmizdə görməkdən məmnun olduq. Nümayəndə heyəti və həmkarlarla birlikdə Yevlax Pilot Aqroparkda fəaliyyət göstərən bir sıra müəssisələrin təmsilçiləri ilə görüşdük. Ekspertlərlə sənaye parklarının potensialını, alternativ enerji ilə bağlı layihələri və ekoparkların yaradılması imkanlarını müzakirə etdik", - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi