Azərbaycan Uruqvaya ilk dəfə karbamid satmağa başlayıb

Biznes
  • 15 iyul, 2025
  • 16:51
Azərbaycan Uruqvaya ilk dəfə karbamid satmağa başlayıb

Bu ilin yanvar-may aylarında Azərbaycan 78,9 milyon ABŞ dolları dəyərində 269 442 ton karbamid ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 97 %, kəmiyyət olaraq – 27 % çoxdur.

Hesabat dövründə Azərbaycan Ukraynaya 56,3 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 3 dəfə çoxdur) 188 151 ton (+98 %), Kanadaya 12,5 milyon ABŞ dolları dəyərində 44 249 ton (1 il əvvəl tədarük olmayıb), Argentinaya 6,1 milyon ABŞ dolları dəyərində 22 408 ton (1 il əvvəl tədarük olmayıb), Rumıniyaya 1,4 milyon ABŞ dolları dəyərində (-75 %) 5 072 ton (-84 %), Uruqvaya 1,35 milyon ABŞ dolları dəyərində 5 010 ton məhsul satıb.

Bu il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Uruqvaya tədarük həyata keçirilib.

2024-cü ildə Azərbaycandan ixrac edilmiş 564 922 ton karbamidin 50 %-i Ukraynanın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti