Azərbaycan Türkmənistandan hindtoyuğu ətinin alışını bərpa edib
- 14 dekabr, 2024
- 10:00
Bu ilin ilk 9 ayında Azərbaycan 2,81 milyon ABŞ dolları dəyərində 2 min 405 ton hindtoyuğu əti (təzə və ya soyudulmuş, dondurulmuş) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 16 %, kəmiyyət olaraq – 5 % azdır.
Hesabat dövründə Azərbaycan Rusiyadan 781 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 1 % çoxdur) 310 ton (+10 %), Braziliyadan 765 min ABŞ dolları dəyərində (-41 %) 945 ton (-16 %), Kanadadan 523 min ABŞ dolları dəyərində (+42 %) 746 ton (+42 %), Portuqaliyadan 468 min ABŞ dolları dəyərində (+32 %) 325 ton (+29 %), Çilidən 51,23 min ABŞ dolları dəyərində 22 ton (bir il əvvəl tədarük olmayıb) məhsul alıb.
Azərbaycan 2 il 4 aylıq fasilənin ardından Türkmənistandan (5,84 min ABŞ dolları dəyərində 0,5 ton) tədarükü bərpa edib.
2023-cü ildə Azərbaycana 15 ölkədən idxal edilmiş 3 min 314 ton hindtoyuğu ətinin 49 %-i Braziliyanın, 16,5 %-i Kanadanın payına düşüb.