Azərbaycan Türkiyədən taxıl və paxlalı idxalına çəkdiyi xərci 11 %-ə yaxın azaldıb

Biznes
  • 12 fevral, 2025
  • 07:25
Azərbaycan Türkiyədən taxıl və paxlalı idxalına çəkdiyi xərci 11 %-ə yaxın azaldıb

Bu il yanvar ayında Azərbaycan Türkiyədən 11,794 milyon ABŞ dolları dəyərində taxıl, paxlalılar, yağlı toxumları və onun məhsullarını idxal edib.

“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 10,6 % azdır.

Hesabat dövründə Türkiyənin taxıl, paxlalılar, yağlı toxumları və onun məhsullarını ixracının ümumi dəyəri illik müqayisədə 2 % artaraq 1 milyard 31 milyon ABŞ dollarına çatıb.

Türkiyədən ən çox taxıl, paxlalılar, yağlı toxumları və onun məhsulları idxalını İraq (179,043 milyon ABŞ dolları; 1 il əvvələ nisbətən 2,6 % çox), ABŞ (56,897 milyon ABŞ dolları; 1 il əvvələ nisbətən 4,3 % çox), Suriya (56,211 milyon ABŞ dolları; 22,5 % çox) və Əlcəzairə (39,03 milyon ABŞ dolları; 9,3 % çox) həyata keçirib.

44 filmi