Azərbaycan Türkiyədən sementin idxalına çəkdiyi xərci 17 % azaldıb

Biznes
  • 08 mart, 2025
  • 11:51
Azərbaycan Türkiyədən sementin idxalına çəkdiyi xərci 17 % azaldıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan Türkiyədən 6,769 milyon ABŞ dolları dəyərində sement, şüşə, keramika və torpaq məmulatları idxal edib.

“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17,6 % azdır.

Təkcə fevralda isə Türkiyə Azərbaycana 3,455 milyon dollarlıq sement, şüşə, keramika və torpaq məmulatları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 10,2 % azdır.

2 ayda Türkiyənin sement, şüşə, keramika və torpaq məmulatları ixracının ümumi dəyəri illik müqayisədə 4,6 % azalaraq 640,022 milyon ABŞ dollarına, fevralda isə 7,7 % azalaraq 321,456 milyon ABŞ dollarına düşüb.

44 filmi