Azərbaycan Türkiyədən metal idxalına çəkdiyi xərci 3% artırıb
Biznes
- 05 oktyabr, 2023
- 09:15
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Türkiyədən 94,201 milyon ABŞ dolları dəyərində qara və əlvan metal idxal edib.
“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,2 % çoxdur.
Təkcə sentyabrda isə Türkiyə Azərbaycana 11,792 milyon ABŞ dolları dəyərində qara və əlvan metalları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 5,9 % azdır.
9 ayda Türkiyənin qara və əlvan metal ixracının ümumi dəyəri illik müqayisədə 13,8 % azalaraq 9,58 milyard ABŞ dollara, sentyabr ayında isə 14,2 % azalaraq 1,019 milyard ABŞ dollarına düşüb.
Son xəbərlər
02:06
Tramp: Vens Rezaiyə məktubunda İrana dərman preparatları çatdırmağı təklif edib
Digər ölkələr
01:42
Uşakov Əbu-Dabidə Ukrayna üzrə üçtərəfli danışıqların keçiriləcəyi tarixi açıqlayıb
Region
01:09
Ukraynanın Donetskdə silahsızlaşdırılmış zonaya dair müzakirəyə hazır olduğu bildirilib
Digər ölkələr
00:44
Serbiya Radio və Televiziyasının baş direktoru istefa verib
Digər ölkələr
00:32
CENTCOM: Hörmüz boğazı minalardan tamamilə təmizlənib
Digər ölkələr
00:14
Kəlbəcərdə baş verən qəzada bir nəfər ölüb, bir nəfər yaralanıb
Hadisə
23:53
"Axios": ABŞ və İsrail İrana yeni zərbələr planını razılaşdırıb
Digər ölkələr
23:26
"Times": Britaniyanın üç "Vanguard" atom sualtı qayığı dənizə buraxılıb
Digər ölkələr
23:17
Sabah paytaxtın Yasamal və Xətai rayonlarının, həmçinin Abşeronun bəzi ərazilərində işıq olmayacaq
Energetika