Azərbaycan Türkiyədən kimyəvi maddə idxalına çəkdiyi xərci 7 %-ə yaxın artırıb

Biznes
  • 07 dekabr, 2024
  • 09:36
Azərbaycan Türkiyədən kimyəvi maddə idxalına çəkdiyi xərci 7 %-ə yaxın artırıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Türkiyədən 481,23 milyon ABŞ dolları dəyərində kimyəvi maddələr və məhsullar idxal edib.

“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,7 % çoxdur.

Təkcə noyabrda isə Türkiyə Azərbaycana 42,776 milyon dollarlıq kimyəvi maddələr və məhsullar ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 3,5 % çoxdur.

11 ayda Türkiyənin kimyəvi maddələr və məhsullar ixracının ümumi dəyəri illik müqayisədə 1,3 % artaraq 28 milyard 147 milyon ABŞ dolları, noyabrda isə 11,1 % azalaraq 2 milyard 535 milyon ABŞ dolları olub.