Azərbaycan Türkiyədən kimyəvi maddə idxalına çəkdiyi xərci 2 %-dən çox artırıb

Biznes
  • 07 iyun, 2025
  • 12:13
Azərbaycan Türkiyədən kimyəvi maddə idxalına çəkdiyi xərci 2 %-dən çox artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycan Türkiyədən 219,150 milyon ABŞ dolları dəyərində kimyəvi maddələr və məhsullar idxal edib.

“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 % çoxdur.

Təkcə mayda isə Türkiyə Azərbaycana 48,766 milyon dollarlıq kimyəvi maddələr və məhsullar ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 7,5 % azdır.

5 ayda Türkiyənin kimyəvi maddələr və məhsullar ixracının ümumi dəyəri illik müqayisədə 3,2 % azalaraq 13 milyard 147 milyon ABŞ dolları, mayda isə 8,4 % azalaraq 2 milyard 768 milyon ABŞ dolları olub.