Azərbaycan Türkiyədən geyim tədarükünə çəkdiyi xərci 2 dəfə artırıb

Biznes
  • 20 mart, 2023
  • 11:02
Azərbaycan Türkiyədən geyim tədarükünə çəkdiyi xərci 2 dəfə artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan Türkiyədən 15,642 milyon ABŞ dolları dəyərində geyim məhsulları idxal edib.

“Report” xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisinin (TİM) hesabatında deyilir.

Məlumata görə, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur.

Təkcə fevral ayında Türkiyə Azərbaycana 6,963 milyon ABŞ dolları dəyərində geyim məhsulları ixrac edib ki, bu da, illik müqayisədə 72,8 % çoxdur.

Bu ilin 2 ayında Türkiyənin ümumi geyim məhsulları ixracının dəyəri illik müqayisədə 6,4 % azalaraq 3,212 milyard ABŞ dolları, fevral ayında isə 14,1 % azalaraq 1,581 milyard ABŞ dolları təşkil edib.