Azərbaycan Türkiyədən düyü idxalını 78 dəfə artırıb

Biznes
  • 06 may, 2024
  • 10:45
Azərbaycan Türkiyədən düyü idxalını 78 dəfə artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycana 15,3 milyon ABŞ dolları dəyərində 14 min 422 ton düyü idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 10 % çoxdur, kəmiyyət olaraq – 10 % azdır.

Hesabat dövründə Azərbaycan Hindistandan 12,36 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 4 % azdır) 10 min 764 ton (-26 %), Çindən 1,1 milyon ABŞ dolları dəyərində (+4 dəfə) 1 min 355 ton (+4 dəfə), Vyetnamdan 872 min ABŞ dolları dəyərində 1 min ton (bir il əvvəl tədarük olmayıb), Pakistandan 684 min ABŞ dolları dəyərində (+2,5 dəfə) 826 ton (+84 %), Türkiyədən 193 min ABŞ dolları dəyərində (+19 dəfə) 311 ton (+78 dəfə) düyü alıb.

2023-cü ildə Azərbaycana 25 ölkədən idxal edilmiş 54 min 591 ton düyünün 82,5 %-i Hindistanın payına düşüb.