Azərbaycan Türkiyədən dəri idxalına çəkdiyi xərci 21 %-ə yaxın azaldıb

Biznes
  • 05 dekabr, 2024
  • 08:12
Azərbaycan Türkiyədən dəri idxalına çəkdiyi xərci 21 %-ə yaxın azaldıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Türkiyədən 15,357 milyon ABŞ dolları dəyərində dəri və dəri məhsulları idxal edib.

“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 20,8 % azdır.

Təkcə noyabrda isə Türkiyə Azərbaycana 1,445 milyon ABŞ dolları dəyərində dəri və dəri məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 15,2 % azdır.

11 ayda Türkiyənin dəri və dəri məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 18,7 % azalaraq 1 milyard 416,716 milyon ABŞ dollarına, noyabr ayında isə 5,8 % azalaraq 116,68 milyon ABŞ dollarına düşüb.