Azərbaycan Türkiyədən avtomobil sənayesi məhsullarının alışına çəkdiyi xərci təxminən 15 % azaldıb

Biznes
  • 08 iyun, 2024
  • 13:49
Azərbaycan Türkiyədən avtomobil sənayesi məhsullarının alışına çəkdiyi xərci təxminən 15 % azaldıb

Bu ilin yanvar-may aylarında Azərbaycan Türkiyədən 36,357 milyon ABŞ dolları dəyərində avtomobil sənayesi məhsulları idxal edib.

“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 14,8 % azdır.

Təkcə mayda Türkiyə Azərbaycana 8 milyon ABŞ dollarlıq avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 20,1 % azdır.

Hesabat dövründə Türkiyənin avtomobil sənayesi məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 5,3 % artaraq 15 milyard 084,7 milyon ABŞ dollarına, mayda isə 6,3 % artaraq 3,216 milyard ABŞ dollarına çatıb.