Azərbaycan Türkiyədə sənaye parklarının imkanlarını “roadshow”da təqdim edəcək
- 25 iyul, 2023
- 14:06
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan sənaye parkları və sərbəst iqtisadi bölgələrinin imkanlarını tanıtmaq üçün bu ilin sonuna qədər Türkiyədə “roadshow” keçirməyi planlaşdırır.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bunu Türkiyənin Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) Türkiyə-Azərbaycan İş Şurasının sədri Kemal Koloğlu deyib.
O bildirib ki, yüksək səviyyədə iştirakla təşkil olunması planlaşdırılan “roadshow” İstanbul və İzmir şəhərlərində keçiriləcək.
"Türkiyə iş adamları olaraq bu tədbirdən yüksək gözləntilərimiz var. Buraya həqiqətən böyük investisiya qoya biləcək türk iş adamlarını çağırmaq və birbaşa nazirlərlə görüşdürmək istəyirik. Payızda keçiriləcək bu tədbirdə onlarda aydın və ciddi bir şeylər təqdim etmək üçün çalışırlar, hətta bu istiqamətdə beynəlxalq şirkətlərlə birlikdə çalışırlar", - K. Koloğlu bildirib.