Azərbaycan şirkəti Avropaya ayaqqabı ixracına başlayır

Biznes
  • 10 dekabr, 2024
  • 15:16
Azərbaycan şirkəti Avropaya ayaqqabı ixracına başlayır

İqtisadiyyat Nazirliyinin yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidenti “BAFCO İnvest” Avropaya ayaqqabı ixracına başlayır.

“Report” agentliyə istinadən xəbər verir ki, şirkət ayaqqabı istehsalı sahəsində EN ISO 20345:2022 və EN ISO 20347:2022 uyğunluq sertifikatlarına layiq görülüb.

"Bu sertifikatlar şirkətin istehsal etdiyi məhsulların Avropaya ixracına imkan yaradır. Hazırda şirkət ayaqqabı ixracı üçün Avropa ölkələri ilə yanaşı MDB ölkələri ilə də danışıqlar aparır", - məlumatda deyilir.

Qeyd edək ki, Sənaye Parkının 2,5 hektar ərazisində yerləşən və Almaniyanın tanınmış Desma markasının avadanlıqları ilə təchiz olunan fabrikin illik istehsal gücü 510 min cüt ayaqqabı təşkil edir.