Azərbaycan Qırğızıstandan mixək tədarük etməyə başlayıb

Biznes
  • 19 dekabr, 2024
  • 14:00
Azərbaycan Qırğızıstandan mixək tədarük etməyə başlayıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 1,05 milyon ABŞ dolları dəyərində 116,3 ton mixək idxal edib.

Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən həm dəyər ifadəsində, həm də kəmiyyət olaraq 4 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan İndoneziyadan 517,9 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 40 dəfə çoxdur) 59,8 ton (+95 dəfə), Madaqaskardan 271 min ABŞ dolları dəyərində (+48 dəfə) 30 ton (+50 %), Qəmər adalarından 111 min ABŞ dolları dəyərində (+7,4 dəfə) 11 ton (+5,5 dəfə), Hindistandan 74,7 min ABŞ dolları dəyərində (+3 dəfə) 10,1 ton (+3 dəfə), Qırğızıstandan 65 min ABŞ dolları dəyərində 5 ton məhsul alıb.

Bu il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Qırğızıstandan tədarük həyata keçirilib.