Azərbaycan Qazaxıstandan dəmir və polad məftil almağa başlayıb

Biznes
  • 16 fevral, 2023
  • 12:20
Azərbaycan Qazaxıstandan dəmir və polad məftil almağa başlayıb

2022-ci ilin 11 ayında Azərbaycana 16,3 milyon ABŞ dolları dəyərində 14 min 920 ton dəmirdən və ya aşqarlanmamış poladdan məftil idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 20 %, kəmiyyət olaraq – 2,9 % çoxdur.

Hesabat dövründə İrandan 6,8 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 65 % çoxdur) 7 min 176 ton (+37 %), Türkiyədən 4,7 milyon ABŞ dolları dəyərində (+21 %) 3 min 618 ton (+9 %), Rusiyadan 4 milyon ABŞ dolları dəyərində (-17 %) 3 min 557 ton (-33,7 %), Çexiyadan 355 min ABŞ dolları dəyərində (+34 %) 223 ton (+7,7 %), Çindən 330 min ABŞ dolları dəyərində (+47 %) 271 ton (+38,3 %) məmulat gətirilib.

Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Qazaxıstandan tədarük həyata keçirilib. Azərbaycan həmin ölkədən 52 min ABŞ dolları dəyərində 39,5 ton məftil alıb.

Son xəbərlər

Bütün Xəbər Lenti