Azərbaycan Qanadan kakao idxalını bərpa edib
- 12 dekabr, 2024
- 12:33
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 4,4 milyon ABŞ dolları dəyərində 914,3 ton kakao tozu idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 86 %, kəmiyyət olaraq 53 % çoxdur.
Hesabat dövründə Azərbaycan Türkiyədən 2,7 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,1 dəfə çoxdur) 458 ton (+67 %), Niderlanddan 746 min ABŞ dolları dəyərində (+92 %) 177 ton (+81 %), İspaniyadan 248 min ABŞ dolları dəyərində (+3 dəfə) 75 ton (+3 dəfə), Ukraynadan 222 min ABŞ dolları dəyərində (+4,1 dəfə) 84 ton (+4 dəfə), Kot-d`İvuardan 90,1 min ABŞ dolları dəyərində (-46 %) 23,4 ton (-47 %) məhsul alıb.
Azərbaycan 1 il 7 aylıq fasilənin ardından Qanadan (53,4 min ABŞ dolları dəyərində 12,6 ton) kakao tədarükünü bərpa edib.
2023-cü ildə Azərbaycana 20 ölkədən idxal edilmiş 750 ton kakaonun 51 %-i Türkiyənin, 13,3 %-i Niderlandın payına düşüb.