Azərbaycan Polşadan avtomobil idxalını bərpa edib
- 15 fevral, 2024
- 08:48
Yeniliklərdən dərhal xəbərdar olun!
2023-cü ildə Azərbaycana 1 milyard ABŞ dolları dəyərində 70 min 723 ədəd minik avtomobili (benzin və dizel mühərrikli) idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 50 %, kəmiyyət olaraq – 25 % çoxdur.
Hesabat dövründə Azərbaycan Cənubi Koreyadan 282,8 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,2 dəfə çoxdur) 28 min 728 ədəd (+91,4 %), Yaponiyadan 198,5 milyon ABŞ dolları dəyərində (+74 %) 7 min 426 ədəd (+18 %), Almaniyadan 120 milyon ABŞ dolları dəyərində (-8 %) 9 min 343 ədəd (-20 %), Böyük Britaniyadan 100,7 milyon ABŞ dolları dəyərində (+71 %) 2 min 898 ədəd (+13 %) Amerika Birləşmiş Ştatlarından 81 milyon ABŞ dolları dəyərində (+21 %) 7 min 157 ədəd (+19 %) avtomobil alıb.
Azərbaycan 2 ilin tamamında Polşadan (107 min ABŞ dolları dəyərində 8 ədəd) avtomobil tədarükünü bərpa edib.
2022-ci ildə Azərbaycana 32 ölkədən idxal edilmiş 670,7 milyon ABŞ dolları dəyərində minik avtomobillərinin 19,3 %-i Almaniyanın, 19,3 %-i Cənubi Koreyanın, 17 %-i Yaponiyanın payına düşüb.