İqtisadi zonalarda pambıqçılıq və ipəkçilik klasterlərinin yaradılması ilə bağlı investorlarla danışıqlar aparılır.
"Report" xəbər verir ki, bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədrinin müavini Zamir Dibirov qurumun 2022-ci ilin yekunlarına dair mətbuat konfransında deyib.
Onun sözlərinə görə, İqtisadi Zonaların İnkişafı Agentliyi ilə Özbəkistanın biznes assosiasiyaları (“Uzbekipaksanoat” Assosiasiyası və “Uztekstilprom” Assosiasiyası) arasında ipəkçiliyin və baramaçılığın, həmçinin pambıqçılığın və tekstil sənayesinin inkişafına dair əməkdaşlıq memorandumları imzalanıb.
"Birgə əməkdaşlıq çərçivəsindən iqtisadi zonalarda pambıqçılıq və ipəkçilik klasterlərinin yaradılması nəzərdə tutulur. Hazırda investorlarla görüşlər keçirilir. İnvestorların investisiya layihələri üzrə texniki-iqtisadi əsaslandırmalar aparılır və fəaliyyətin başlanması üçün torpaq sahələrinin ayrılması işləri həyata keçirilir", - deyə Z.Dibirov bildirib.