Azərbaycan ötən il Cənub-Şərqi Anadoludan mal idxalını azaldıb
- 13 yanvar, 2024
- 09:17
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən il Naxçıvan Muxtar Respublikası Türkiyənin Cənub-Şərqi Anadolu bölgəsindən 74,039 milyon ABŞ dolları dəyərində mal idxal edib.
“Report” bu barədə Cənub-Şərqi Anadolu Taxıl, Paxlalılar, Yağlı Toxumlar və Emal Məhsulları İxracatçıları Birliyinə istinadən xəbər verir.
Bu, 2022-ci ilə nisbətən 6 % azdır.
Hesabat dövründə bölgədən ümumilikdə 11 milyard 739,829 milyon ABŞ dollarlıq məhsul ixrac edilib ki, bu da illik müqayisədə 5 % azdır.
12 ayda Cənub-Şərqi Anadolu bölgəsindən ən böyük ixrac Yaxın Şərq ölkələrinə (4 milyard 959 milyon ABŞ dolları; 5 % az) həyata keçirilib. Onu Avropa İttifaqı ölkələri (1 milyard 829,9 milyon ABŞ dolları; 7 % az) və Afrika qitəsi ölkələri (1 milyard 643,9 milyon ABŞ dolları; 7 % az) izləyib.