Azərbaycan Niderlanddan qaz sayğaclarının alışını bərpa edib

Biznes
  • 10 fevral, 2025
  • 13:57
Azərbaycan Niderlanddan qaz sayğaclarının alışını bərpa edib

2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycan 2,4 milyon ABŞ dolları dəyərində 33 507 ədəd qaz sayğacı idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 41 % çoxdur, kəmiyyət olaraq – 24 % azdır.

Hesabat dövründə Azərbaycan Slovakiyadan 1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 123 dəfə çox) 16 802 ədəd (+50 dəfə), Almaniyadan 694 min ABŞ dolları dəyərində (+3 dəfə) 7 562 ədəd (+2,5 dəfə), Slovakiyadan 292 min ABŞ dolları dəyərində (-75 %) 1 819 ədəd (-95 %), Türkiyədən 282 min ABŞ dolları dəyərində (+38 %) 7 224 ədəd (+3,6 dəfə), Polşadan 43 min ABŞ dolları dəyərində (-65 %) 48 ədəd (-64 %) sayğac alıb.

Azərbaycan 1 il 2 aylıq fasilənin ardından Niderlanddan tədarükü (26,3 min ABŞ dolları dəyərində 39 ədəd) bərpa edib.