Azərbaycan meşə fındığı ixracından gəlirini 12 % artırıb
- 30 sentyabr, 2023
- 08:15
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-avqust aylarında Azərbaycan 68,6 milyon ABŞ dolları dəyərində meşə fındığı ixrac edib.
“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın sentyabr sayında bildirilir.
Sənədə əsasən, bu, ötən ilin 8 ayı ilə müqayisədə 7,5 milyon ABŞ dolları və yaxud 12,3 % çoxdur.
Təkcə avqustda isə Azərbaycan 6,1 milyon ABŞ dolları dəyərində meşə fındığı ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 2,6 milyon ABŞ dolları və yaxud 74,3 % çoxdur.
Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanın ümumi ixracının dəyəri 24,4 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixracının dəyəri isə ötən ilin eyni dövrü ilə müqayisədə 14,6 % çox - 2,2 milyard ABŞ dolları təşkil edib.