Azərbaycan Küveytə mebel satışını bərpa edib
- 04 dekabr, 2024
- 10:12
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan 2,64 milyon ABŞ dolları dəyərində 19 min 38 ədəd mebel (ağacdan mətbəx, yataq və sair) ixrac edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 32 %, kəmiyyət olaraq – 38 % azdır.
Hesabat dövründə Azərbaycan Polşaya 1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 10 dəfə çoxdur) 1 min 995 ədəd (+10 dəfə), Gürcüstana 667 min ABŞ dolları dəyərində (+2,8 dəfə) 6 min 629 ədəd (+3 dəfə), Amerika Birləşmiş Ştatlarına 403 min ABŞ dolları dəyərində (-7 %) 6 min 499 ədəd (-3,5 %), Rusiyaya 277 min ABŞ dolları dəyərində (+6 dəfə) 2 min 128 ədəd (+4,3 dəfə), Qazaxıstana 143,4 min ABŞ dolları dəyərində (-38 %) 453 ədəd (-58 %) mebel satıb.
Azərbaycan 2 il 6 aylıq fasilənin ardından Küveytə (7 min ABŞ dolları dəyərində 3 ədəd) tədarükü bərpa edib.