Azərbaycan İtaliyadan kokos yağı idxalını bərpa edib
- 06 aprel, 2024
- 09:37
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar ayında Azərbaycan 97,2 min ABŞ dolları dəyərində 57,68 ton kokos yağı idxal edib.
"Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,2 dəfə, kəmiyyət olaraq – 3,2 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Malayziyadan 72,2 min ABŞ dolları dəyərində 44 ton (bir il əvvəl tədarük olmayıb), Rusiyadan 21,85 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 50 % azdır) 13,5 ton (-24 %), İtaliyadan 2,45 min ABŞ dolları dəyərində 0,13 ton, Türkiyədən 0,68 min ABŞ dolları dəyərində 0,05 ton (bir il əvvəl tədarük olmayıb) və Hindistandan 0,01 min ABŞ dolları dəyərində 0,01 ton (bir il əvvəl tədarük olmayıb) kokos yağı alıb.
Azərbaycan 1 il 1 aylıq fasilənin ardından İtaliyadan kokos yağı tədarükünü bərpa edib.