Azərbaycan istehsalı marqarinin yeganə alıcısı tədarükü kəskin artırıb

Biznes
  • 14 aprel, 2022
  • 09:21
Azərbaycan istehsalı marqarinin yeganə alıcısı tədarükü kəskin artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan xaricdən 325,61 min ABŞ dolları dəyərində 226,84 ton marqarin (maye marqarindən başqa) alıb.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə idxal dəyər ifadəsində 31,5 %, kəmiyyət olaraq – 47,6 % azalıb.

Azərbayana Rusiyadan 258,22 min ABŞ dolları dəyərində 202,44 ton, Türkiyədən 58,37 min ABŞ dolları dəyərində 17,56 ton, Ukraynadan 8,71 min ABŞ dolları dəyərində 6,7 ton, Belarusdan 0,32 min ABŞ dolları dəyərində 0,14 ton məhsul gətirilib.

Keçən ilin analoji dövrünün göstəriciləri ilə müqayisədə Rusiyadan tədarük müvafiq olaraq 58,9 % və 49,7 % azalıb, Türkiyədən – 2,9 dəfə artıb və 11 % azalıb, Ukraynadan – 40 % və 33 % azalıb, Belarusdan – 45,5 % və 27,3 % artıb.

Hesabat dövründə Azərbaycan marqarini yalnız Gürcüstana satıb. Bu ölkəyə 472,12 min ABŞ dolları dəyərində 289,98 ton məhsul ixrac edilib ki, bu da ötən ilin ilk iki ayının göstəriciləri ilə müqayisədə müvafiq olaraq 2,4 dəfə və 79,3 % çoxdur.

Xatırladaq ki, 2021-ci il ərzində Azərbaycan marqarini ancaq Gürcüstana tədarük edib.

44 filmi