Azərbaycan İspaniyadan yük avtomobili tədarükünü bərpa edib
- 08 fevral, 2023
- 10:23
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən ilin ilk 11 ayında Azərbaycana xaricdən 95,456 milyon ABŞ dolları dəyərində 4 min 556 ədəd yük avtomobili gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 18 % çoxdur, kəmiyyət olaraq – 9,3 % azdır.
Almaniyadan 28,853 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 16 % azdır) 3 min 15 ədəd (-19 %), Çindən 27,344 milyon ABŞ dolları dəyərində (+31 %) 545 ədəd (+31 %), Türkiyədən 9,584 milyon ABŞ dolları dəyərində (+62 %) 172 ədəd (+4,9 %), Rusiyadan 7,158 milyon ABŞ dolları dəyərində (-32 %) 219 ədəd (-41 %), İspaniyadan 6,516 milyon ABŞ dolları dəyərində 36 ədəd avtomobil alınıb.
Üç il 3 aylıq fasilənin ardından İspaniyadan tədarük bərpa edilib.