Azərbaycan iş adamlarına Pakistana investisiya qoymaq təklif edilib

Azərbaycan iş adamlarına Pakistana investisiya qoymaq təklif edilib Pakistanın Xaybər-Paytunxva vilayətinin iş adamlarını əhatə edən Sərhəd Ticarət-Sənaye Palatası cxarici investiorlar üçün geniş potensial sektorlar təklif edir
Biznes
27 Aprel , 2022 12:53
Azərbaycan iş adamlarına Pakistana investisiya qoymaq təklif edilib

Azərbaycan iş adamlarına Pakistanın müxtəlif sahələrinə investisiya yatırmaq imkanları təklif edilib.

“Report”un Pakistan mətbuatına istinadən verdiyi məlumata görə, bunu Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadovla görüşdə bu ölkənin Sərhəd Ticarət-Sənaye Palatasının prezidenti Hasnain Xurşid Əhməd bildirib.

Onun sözlərinə görə, Pakistanın Xaybər-Paytunxva vilayətinin iş adamlarını əhatə edən Sərhəd Ticarət-Sənaye Palatası xarici investiorlar üçün geniş potensial sektorlar təklif edir: “Bu sahələrin içində neft, qaz, mədən, faydalı qazıntılar, elektroenergetika, mebel istehsalı, yarımqiymətli daş-qaşlar, həmçinin əl işi istehsalı olan məhsullar mövcuddur.

Palata sədri bildirib ki, Pakistanın bu vilayəti investisiya və biznes üçün təhlükəsiz və cəlbedicidir: “Bütün yerli və beynəlxalq investorlar təhlükəsiz şəkildə bura investisiya edə bilərlər.

Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov isə bildirib ki, Azərbaycan Pakistanla ticari-iqtisadi əməkdaşlığı gücləndirməkdə maraqlıdır.

Səfir Xayber-Paxtunxvalı iş adamlarını Azərbaycanda potensial sənaye sahələrinə sərmayə qoymağa dəvət edib: “Azərbaycan Pakistanla ticari-iqtisadi əməkdaşlığın genişləndirilməsinə böyük əhəmiyyət verir. İki ölkə arasında bir sıra işçi qrupları yaradılıb və onlar maneələrin və problemlərin aradan qaldırılması istiqamətində səmərəli fəaliyyət göstərirlər”.

Son xəbərlər

Orphus sistemi