“Azərbaycan İnvestisiya Şirkəti” 24 layihəni təhlil edir

“Azərbaycan İnvestisiya Şirkəti” 24 layihəni təhlil edir İqtisadiyyat Nazirliyinə məxsus “Azərbaycan İnvestisiya Şirkəti” (AİŞ) ASC xarici və yerli tərəfdaşlarla birlikdə müxtəlif sektorları əhatə edən, ümumi investisiya dəyəri 2,7 milyard ABŞ dollara yaxın olan 24 layihəni təhlil edir.
Biznes
10 Yanvar , 2024 12:04
“Azərbaycan İnvestisiya Şirkəti” 24 layihəni təhlil edir

İqtisadiyyat Nazirliyinə məxsus “Azərbaycan İnvestisiya Şirkəti” (AİŞ) ASC xarici və yerli tərəfdaşlarla birlikdə müxtəlif sektorları əhatə edən, ümumi investisiya dəyəri 2,7 milyard ABŞ dollara yaxın olan 24 layihəni təhlil edir.

Bu barədə “Report”a nazirlikdən bildirilib.

Məlumata görə, bu layihələr müxtəlif sənaye sahələrini o cümlədən, yaşıl və alternativ enerji, qida sənayesi, əczaçılıq, kimya və s. kimi sahələri əhatə edir.

Ötən il isə AİŞ 109 yeni investisiya layihəsinə baxaraq müvafiq təhlillər aparıb, şirkətin Müşahidə Şurası ümumi dəyəri 560 milyon manat olan 8 layihəni təsdiq edib. Sözügedən layihələrdə AİŞ-in iştirak payı 42 milyon manat nəzərdə tutulub. Layihələrin icrası nəticəsində yeni istehsal sahələrinin yaradılması və 600-ə qədər şəxsin daimi işlə təmin olunması planlaşdırılır.

AİŞ 2023-cü ildə Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılmasında da fəal iştirak edib. Bununla bağlı Saziş 24 fevral 2023-cü il tarixində Daşkənd şəhərində imzalanıb və 20 iyul 2023-cü il tarixində qüvvəyə minib. Bundan başqa, “Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti”nin yaradılması haqqında Saziş 18 iyul 2023-cü il tarixində Şuşa şəhərində imzalanıb və ölkə Prezidentinin 14 oktyabr 2023-cü il tarixli nömrəli Sərəncamı ilə təsdiq edilib. Şirkət artıq Özbəkistanda qeydiyyatdan keçib və onun ümumi kapitalı 500 milyon ABŞ dollarıdır.

Son xəbərlər

Orphus sistemi