Azərbaycan iki ölkədən rels idxalını bərpa edib

Biznes
  • 10 fevral, 2023
  • 13:15
Azərbaycan iki ölkədən rels idxalını bərpa edib

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycana xaricdən 30,194 milyon ABŞ dolları dəyərində 28 min 503 ton rels gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 82 dəfə, kəmiyyət olaraq – 113 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyadan 21,365 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 890 dəfə çoxdur) 20 min 333 ton (+1 848 dəfə), Qazaxıstandan 8,72 milyon ABŞ dolları dəyərində 8 min 116 ton (bir il əvvəl tədarük olmayıb), Çindən 87,28 min ABŞ dolları dəyərində 40,64 ton, Türkiyədən 14,81 min ABŞ dolları dəyərində (-24 %) 7,72 ton (-21 %), İspaniyadan 5,34 min ABŞ dolları dəyərində 4,1 ton məhsul alıb.

Üç il 5 ayın tamamında İspaniyadan, 1 il 3 aylıq fasilənin ardından Çindən tədarük bərpa edilib.