Azərbaycan-İran Ticarət Palatasının yaradılması təklif olunur

Azərbaycan-İran Ticarət Palatasının yaradılması təklif olunur Bakı. 5 dekabr. REPORT.AZ/ Bu ayın sonunda Astarada (İran) Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 12-ci iclası keçiriləcək.
Biznes
938
5 Dekabr , 2017 10:03
Azərbaycan-İran Ticarət Palatasının yaradılması təklif olunur

Bakı. 5 dekabr. REPORT.AZ/ Bu ayın sonunda Astarada (İran) Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 12-ci iclası keçiriləcək.

“Report” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu məsələ nazir Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə ilə görüşündə müzakirələr edilib.

Görüşdə həmçinin Şimal-Cənub nəqliyyat dəhlizi üzrə görülən işlərə və dəhlizin tərkib hissəsi olan Rəşt-Astara dəmir yolu xəttinin tikintisinin maliyyələşdirilməsinə, birgə layihələrə və iqtisadi sahədə əlaqələrin genişləndirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb. Görüşdə bu il Pirallahı Sənaye Parkında təməli qoyulmuş Azərbaycan-İran birgə əczaçılıq zavodunun tikintisi üzrə işlərin sürətləndirilməsinə dair müzakirələr aparılıb, Səhiyyə Nazirliyinin mütəxəssislərinin bu ay Təbrizə (İran) səfər edəcəkləri bildirilib. Bundan başqa, Neftçala Sənaye Zonasındakı birgə avtomobil istehsalı zavodunda tamamlama işlərinin gedişi barədə müzakirələr aparılıb.

Ş.Mustafayev Azərbaycan və İran arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, iqtisadi əlaqələrin inkişaf etdiyini vurğulayıb, Dövlət Komissiyanın növbəti iclasında müzakirə olunacaq məsələlərə dair fikirlərini bildirib. Nazir hər iki ölkənin aidiyyəti qurumlarının iştirakı ilə “Xudafərin” və “Qız Qalası” sazişi üzrə Birgə Texniki Komissiyanın ilk iclasının da bu ay Xudafərin şəhərində (İran) keçirilməsini təklif edib.

C.Cahangirzadə isə iqtisadi əlaqələrin genişləndirilməsi perspektivlrinə dair fikirlərini bölüşüb, iranlı investorların Azərbaycanda sənaye sahəsinə investisiya qoymaqda maraqlı olduqlarını, Azərbaycan-İran Ticarət Palatasının yaradılmasını təklif edib. 

Son xəbərlər

Orphus sistemi