Azərbaycan-İordaniyada və Azərbaycan-Misir hökumətlərarası komissiyalarının iclasları keçiriləcək

Azərbaycan-İordaniyada və Azərbaycan-Misir hökumətlərarası komissiyalarının iclasları keçiriləcək Bakı. 19 fevral. REPORT.AZ/ Bu gün və sabah Əmmanda Azərbaycan və İordaniya arasında Ticarət, İqtisadi və Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın, fevralın 21-22-də isə Qahirədə Azərbaycan və Misir arasında Hökumətlərarası İqtisadi, Texniki və Elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın iclası keçiriləcək.
Biznes
19 Fevral , 2018 11:06
Azərbaycan-İordaniyada və Azərbaycan-Misir hökumətlərarası komissiyalarının iclasları keçiriləcək

Bakı. 19 fevral. REPORT.AZ/ Bu gün və sabah Əmmanda Azərbaycan və İordaniya arasında Ticarət, İqtisadi və Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın, fevralın 21-22-də isə Qahirədə Azərbaycan və Misir arasında Hökumətlərarası İqtisadi, Texniki və Elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın iclası keçiriləcək.

Bu barədə “Report” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, iclaslarda Azərbaycan-İordaniya və Azərbaycan-Misir iqtisadi əməkdaşlığı, komissiyaların sonuncu iclaslarından ötən dövrdə görülmüş işlər və əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə ediləcək.

Bu məqsədilə İqtisadiyyat naziri, hər iki Hökumətlərarası Komissiyada Azərbaycan tərəfdən həmsədr Şahin Mustafayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Misir və İordaniyaya gedəcək. Səfər çərçivəsində İordaniya və Misir rəsmiləri ilə görüşlərin keçirilməsi, müzakirələrin aparılması da nəzərdə tutulur. 

Son xəbərlər

Orphus sistemi