Azərbaycan Hindistandan kişmiş tədarük etməyə başlayıb

Biznes
  • 29 aprel, 2024
  • 12:11
Azərbaycan Hindistandan kişmiş tədarük etməyə başlayıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 3,3 milyon ABŞ dolları dəyərində 1 min 440 ton qurudulmuş üzüm (kişmiş) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 85 %, kəmiyyət olaraq – 50 % çoxdur.

Hesabat dövründə Azərbaycan Özbəkistandan 1,9 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 99 % çoxdur) 695 ton (+59 %), İrandan 1,2 milyon ABŞ dolları dəyərində (+48 %) 645 ton (+25 %), Hindistandan 96,3 min ABŞ dolları dəyərində 54 ton, Tacikistandan 46,2 min ABŞ dolları dəyərində 22 ton (bir il əvvəl tədarük olmayıb), Türkiyədən 40 min ABŞ dolları dəyərində (+90 %) 13,2 ton (+18 %) məhsul alıb.

Bu il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Hindistandan tədarük həyata keçirilib.

2023-cü ildə Azərbaycana 7 ölkədən idxal edilmiş 4,6 min ton qurudulmuş üzümün 51,2 %-i Özbəkistanın, 47,6 %-i İranın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti