Azərbaycan Harvard Kennedi Məktəbi ilə əməkdaşlıq imkanlarını müzakirə edib
Azərbaycan Harvard Kennedi Məktəbi ilə əməkdaşlıq imkanlarını müzakirə edibAzərbaycan Harvard Kennedi Məktəbi ilə potensial əməkdaşlıq istiqamətləri barədə müzakirələr aparıb.
Azərbaycan Harvard Kennedi Məktəbi ilə potensial əməkdaşlıq istiqamətləri barədə müzakirələr aparıb.
“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir qeyd edib ki, Davos İqtisadi Forumu çərçivəsində Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümov ilə birlikdə Harvard Kennedi Məktəbinin "Growth Lab" laboratoriyasının direktoru Rikardo Hausmanla görüşüb: “Strateji araşdırma və rəqəmsallaşma sahəsində qlobal trendlər, ölkəmizin iqtisadi diversifikasiya prioritetləri, davamlı inkişaf hədəfləri və potensial əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi apardıq”.
Xatırladaq ki, yanvarın 14-də Davos İqtisadi Forumunun açılış mərasimi keçirilib. Forum yanvarın 19-na qədər davam edəcək. Dünya İqtisadi Forumu 1971-ci ildən keçirilir. Tədbir iqtisadi xarakter daşımasına baxmayaraq, dünya siyasətinə, beynəlxalq münasibətlərə ciddi təsirə malikdir.
Davos İqtisadi Forumu (@wef) çərçivəsində #Azərbaycan Respublikası Prezidentinin köməkçisi Şahmar Mövsümov (@ShahmarM) ilə birlikdə Harvard Kennedi Məktəbinin "Growth Lab" (@HarvardGrwthLab) laboratoriyasının direktoru Rikardo Hausmanla (@ricardo_hausman) görüşdük. Strateji…