Azərbaycan Gürcüstandan yerli istehsal mallarının idxalına çəkdiyi xərci 7 % azaldıb
- 02 dekabr, 2024
- 06:24
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Gürcüstandan 113,783 milyon ABŞ dolları dəyərində yerli istehsal malları idxal edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,8 % azdır.
“Report” bu barədə Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər verir.
Azərbaycana tədarük qonşu ölkənin yerli məhsul ixracının 4,8 %-ni təşkil edib.
Hesabat dövründə Gürcüstan ümumilikdə 2 milyard 370,494 milyon ABŞ dolları dəyərində yerli istehsal mallarını ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 1,3 % çoxdur.
Gürcüstanın yerli məhsulların ixracında əsas tərəfdaşları Rusiya (466,232 milyon ABŞ dolları; 2,6 % çox), Türkiyə (368,151 milyon ABŞ dolları; 23,1 % çox), Çin (231,594 milyon ABŞ dolları; 3,1 % az), Ermənistan (128,282 milyon ABŞ dolları; 6 % çox) və ABŞ (123,535 milyon ABŞ dolları; 77,5 % çox) olub.