Azərbaycan Gürcüstandan şərab idxalını 41% artırıb

Azərbaycan Gürcüstandan şərab idxalını 41% artırıb Bu ilin I yarısında Azərbaycan Gürcüstandan 133 391 şüşə şərab idxal edib.
Biznes
9 İyul , 2021 10:33
Azərbaycan Gürcüstandan şərab idxalını 41% artırıb

Bu ilin I yarısında Azərbaycan Gürcüstandan 133 391 şüşə şərab idxal edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Şərab Agentliyindən bildirilib.

Məlumata əsasən, bu, illik müqayisədə 41 % çoxdur.

Hesabat dövründə Gürcüstandan 56 ölkəyə 46,4 milyon şüşə şərab ixrac olunub ki, bu da ötən ilin eyni göstəricisindən 13 % çoxdur. İxracdan əldə olunan gəlir isə 104 milyon ABŞ dolları (+7 %) təşkil edib.

Yanvar-iyunda ən çox gürcü şərabı idxal edən ölkələrin sırasında Polşa (2 864 152 şüşə), Çin (2 762 922 şüşə), Litva (245 940 şüşə), Latviya (809 106 şüşə), ABŞ (502 353 şüşə), Almaniya (364 459 şüşə), Estoniya (348 538 şüşə) və Böyük Britaniya (283 830 şüşə) ilk yerləri tutub.

Son xəbərlər

Orphus sistemi