Azərbaycan gübrə ixracından gəlirini 52 %-ə yaxın artırıb

Biznes
  • 24 yanvar, 2025
  • 07:34
Azərbaycan gübrə ixracından gəlirini 52 %-ə yaxın artırıb

2024-cü ildə Azərbaycan 72,492 milyon ABŞ dolları dəyərində gübrə idxal edib.

"Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 0,6 % çoxdur.

Hesabat dövründə Azərbaycan həmçinin 127,054 milyon ABŞ dolları dəyərində gübrə ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 51,6 % çoxdur.

Ötən il gübrə üzrə idxal Azərbaycanın ümumi idxalının 0,3 %-ni, ixrac isə ümumi ixracın 0,5 %-ni təşkil edib.

Xatırladaq ki, 2024-cü ildə Azərbaycan xarici ölkələrlə 47 milyard 612,1 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, 2023-cü ilə nisbətən 7 % azdır.

Xarici ticarət dövriyyəsinin 26 milyard 554,1 milyon ABŞ dolları ixracın, 21 milyard 58 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 21,7 % azalıb, idxal isə 21,8 % artıb.

Son nəticədə xarici ticarətdə 5 milyard 496 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 3 dəfə azdır.

Son xəbərlər

Bütün Xəbər Lenti