Azərbaycan gələn il şərab ixracını stimullaşdırmaq üçün layihələr icra edəcək

Azərbaycan gələn il şərab ixracını stimullaşdırmaq üçün layihələr icra edəcək 2024-cü ildə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) Azərbaycandan şərab ixracının stimullaşdırılması üçün bir neçə layihə icra etməyi planlaşdırır.
Biznes
6 Dekabr , 2023 17:53
Azərbaycan gələn il şərab ixracını stimullaşdırmaq üçün layihələr icra edəcək

2024-cü ildə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) Azərbaycandan şərab ixracının stimullaşdırılması üçün bir neçə layihə icra etməyi planlaşdırır.

“Report” xəbər verir ki, bunu Agentliyin icraçı direktoru Yusif Abdullayev bildirib.

"Xüsusilə əsas ixrac bazarlarında, satış şəbəkələrində Azərbaycan şərabının təşviq edilməsi ilə bağlı işlərin görülməsi nəzərdə tutulur. Bu işlər həm Rusiya, həm də digər ölkələrin bazarlarını əhatə edəcək. Azərbaycan şərabının digər Mərkəzi və Şərqi Asiya ölkələrinə ixracı üçün böyük potensial var. Çində pandemiyadan sonra məhdudiyyətlər davam edirdi, ancaq 2023-cü ilin əvvəlindən bütün məhdudiyyətlər aradan qaldırılıb. Ona görə də Çinə şərab ixracımız artır. Burda şərab evlərinin də rolu böyükdür", - deyə o qeyd edib.

Hazırda regionda ən böyük şərab ixracatçısı Gürcüstandır. Düşünürük ki, bir neçə il ərzində Gürcüstanın şərab ixrac etdiyi bazarlarda biz də ciddi rəqabət apara biləcəyik. Şərab turizmin inkişafı da çox önəmlidir. Dövlət Turizm Agentliyinin, İqtisadiyyat Nazirliyinin, AZPROMO-nun təşəbbüsləri nəticəsində işlər icra edilir. Bizim şərabımızın tanıdılması istiqamətində işlərin aparılması vacibdir”, - deyə icraçı direktor əlavə edib.

Son xəbərlər

Orphus sistemi