Azərbaycan Finlandiyadan torf tədarükünü bərpa edib
- 09 avqust, 2025
- 11:43
Bu ilin yanvar-may aylarında Azərbaycan 1,3 milyon ABŞ dolları dəyərində 6 976 ton torf (torf qırıntısı da daxil olmaqla) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 22 %, kəmiyyət olaraq – 11 % çoxdur.
Hesabat dövründə Azərbaycan Gürcüstandan 459 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 24 % çoxdur) 4 585 ton (+24 %), Latviyadan 227 min ABŞ dolları dəyərində (+46 %) 525 ton (+25 %), Rusiyadan 170,4 min ABŞ dolları dəyərində (-42 %) 763 ton (-52 %), Estoniyadan 142 min ABŞ dolları dəyərində 329 ton (bir il əvvəl tədarük olmayıb), Litvadan 115,2 min ABŞ dolları dəyərində (+2,1 dəfə) 422 ton (+82 %) məhsul alıb.
Azərbaycan 2 il 2 aylıq fasilənin ardından Finlandiyadan tədarükü (0,03 min ABŞ dolları dəyərində 0,02 ton) bərpa edib.
2024-cü ildə Azərbaycana idxal edilmiş 15 min 491 ton torfun 59 %-i Gürcüstanın payına düşüb.