Azərbaycan Finlandiyadan propilen alışını bərpa edib
- 26 dekabr, 2024
- 05:54
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 4,5 milyon ABŞ dolları dəyərində 2 min 893 ton propilen idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 11 %, kəmiyyət olaraq – 10 % azdır.
Hesabat dövründə Azərbaycan Cənubi Koreyadan 950 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2 % azdır) 664 ton (-3 %), Səudiyyə Ərəbistanından 914 min ABŞ dolları dəyərində (-44 %) 679 ton (-49 %), Türkiyədən 813 min ABŞ dolları dəyərində (+16 %) 450 ton (+27 %), İrandan 592 min ABŞ dolları dəyərində (+38 %) 348 ton (+57 %), Sinqapurdan 542 min ABŞ dolları dəyərində (-22 %) 235 ton (-23 %) məhsul alıb.
Azərbaycan 2 il 8 aylıq fasilənin ardından Finlandiyadan (130 min ABŞ dolları dəyərində 99 ton) propilen tədarükünü bərpa edib.
2023-cü ildə Azərbaycana 11 ölkədən idxal edilmiş 3 min 825 ton propilenin 37,7 %-i Səudiyyə Ərəbistanının, 22,8 %-i Cənubi Koreyanın, 13 %-i Türkiyənin payına düşüb.