Azərbaycan Estoniyadan şüşə tara idxalını bərpa edib

Biznes
  • 13 dekabr, 2024
  • 08:33
Azərbaycan Estoniyadan şüşə tara idxalını bərpa edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana xarici ölkələrdən 27,95 milyon ABŞ dolları dəyərində 179 milyon 323 min ədəd şüşə tara (malın saxlanılması, daşınması və qablaşdırılması üçün) gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 15 %, kəmiyyət olaraq – 20 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyadan 22,6 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 15 % çoxdur) 145,2 milyon ədəd (+22 %), Gürcüstandan 2 milyon ABŞ dolları dəyərində (+2,6 dəfə) 11,5 milyon ədəd (+2,7 dəfə), Türkiyədən 1,29 milyon ABŞ dolları dəyərində (-42 %) 5,38 milyon ədəd (-28 %), Çindən 644 min ABŞ dolları dəyərində (+45 %) 12 milyon ədəd (+2,1 dəfə), Ukraynadan 445,1 min ABŞ dolları dəyərində (+18 %) 917,2 min ədəd (+12 %) məhsul alıb.

Azərbaycan 1 il 6 aylıq fasilənin ardından Estoniyadan (163 min ABŞ dolları dəyərində 424,51 min ədəd) tədarükü bərpa edib.

44 - Tezliklə