Azərbaycan əsas tədarük bazarlarının birindən kişmiş alışını kəskin artırıb
- 13 iyul, 2023
- 09:54
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-aprel aylarında Azərbaycan 3,5 milyon ABŞ dolları dəyərində 1 min 836 ton qurudulmuş üzüm idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 25 %, kəmiyyət olaraq – 37 % çoxdur.
Hesabat dövründə Azərbaycan Özbəkistandan 2 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 23 % azdır) 939,4 ton (-25 %), İrandan 1,4 milyon ABŞ dolları dəyərində (+10 dəfə) 880,6 ton (+10,4 dəfə), Türkiyədən 32,6 min ABŞ dolları dəyərində (+53,3 %) 15,7 ton (+45 %) və Almaniyadan 0,04 min ABŞ dolları dəyərində (-56 %) 0,01 ton (dəyişməyib) məhsul alıb.
2022-ci ildə Azərbaycana (5 ölkədən) idxal edilmiş 4 min 548 ton qurudulmuş üzümün 73,6 %-i Özbəkistanın, 25,4 %-i İranın payına düşüb.